Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Binəqədi rayonunda falçının — 20 minlik fırıldağı

Binəqədi rayonunda falçının — 20 minlik fırıldağı

Binəqədi rayonu, Biləcəri qəsəbə sakini olan 62 yaşlı qadın tanımadığı falçının dələduzluğu ilə üzləşib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edən Ülfət Yasin qızı Baxışova bildirib ki, evdə olduğu zaman qapı döyülüb və tanımadığı falçı onun falına baxaraq həyatında mənfi dəyişikliklər olacağını bildirib. Bu məqsədlə ondan 100 manat pul və 20 min manatlıq qızıl-zinət əşyaları götürüb. Bundan sonra isə həyəti tərk edib. Qadın bir müddətdən sonra başına gələn hadisəni anlayıb və aldadıldığı üçün polisə üz tutub.

Hazırda Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb və naməlum falçı qadıının müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …