Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Kriminal / “Binə”də baş verən yanğın söndürüldü – Yenilənib+Fotolar

“Binə”də baş verən yanğın söndürüldü – Yenilənib+Fotolar

“Binə” ticarət mərkəzi yanır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

“Binə” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Həmçinin oxuyun

Ağsuda ikinci ərindən ayrılan qadın ÖZÜNÜ ASDI

Ağsu rayonunda intihar hadisəsi baş verib. Azinforum.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik …