Cümə , Dekabr 1 2023
Ana səhifə / Kriminal / Binədə azyaşlılara qarşı əxlaqsız hərəkətlər edən 57 yaşlı kişiyə ağır cəza verildi

Binədə azyaşlılara qarşı əxlaqsız hərəkətlər edən 57 yaşlı kişiyə ağır cəza verildi

Binədə azyaşlı qızlara qarşı əxlaqsızlıq edən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1964-cü il təvəllüdlü Eynullayev Eynulla Əmir oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən E.Eynullayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, ona qarşı Cinayət Məcələsinin 150.1-ci (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində 11 və 12 yaşlı qızlara qarşı seksual xarakterli hərəkət edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının apardığı axtarışlar nəticəsində hadisəni törədən şəxsin Eynullayev Eynulla Əmir oğlu olması müəyyən edilib. Musavat.com

Həmçinin oxuyun

Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olundu

Dövlət ittihamçısının kassasiya protesti əsasında rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin keçmiş …