Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Biləsuvarda yanacaqdaşıyan maşın aşdı, sürücü yanaraq öldü

Biləsuvarda yanacaqdaşıyan maşın aşdı, sürücü yanaraq öldü

Biləsuvarda yanacaqdaşıyan maşın aşaraq yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-i gecə saat 3:00- 4:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissəsində Naxçıvan Muxtar Respublikasının sakini Kələntərov Yavər idarə etdiyi DAF markalı yanacaqdaşıyan yük avtomobili  ilə Bakıdan Naxçıvana gedərkən idarəetməni itirərək aşıb və avtomobil yanıb.

Hadisə nəticəsində sürücü Y. Kələntərov maşında yanaraq vəfat edib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …