Ana səhifə / Kriminal / Biləsuvar və Xaçmazda qanunsuz ov edənlər saxlanıldı – Nazirlik açıqlama yaydı

Biləsuvar və Xaçmazda qanunsuz ov edənlər saxlanıldı – Nazirlik açıqlama yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun “Platina” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar.
Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.
Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.
Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.
Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyən edilib.
Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …