Şənbə , Mart 6 2021
Ana səhifə / Kriminal / Biləsuvarda yanacaqdaşıyan maşın aşdı, sürücü yanaraq öldü

Biləsuvarda yanacaqdaşıyan maşın aşdı, sürücü yanaraq öldü

Biləsuvarda yanacaqdaşıyan maşın aşaraq yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-i gecə saat 3:00- 4:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandalı kəndi ərazisindən keçən hissəsində Naxçıvan Muxtar Respublikasının sakini Kələntərov Yavər idarə etdiyi DAF markalı yanacaqdaşıyan yük avtomobili  ilə Bakıdan Naxçıvana gedərkən idarəetməni itirərək aşıb və avtomobil yanıb.

Hadisə nəticəsində sürücü Y. Kələntərov maşında yanaraq vəfat edib.

Həmçinin oxuyun

Bacısını və onun sevgilisini öldürmək istəyən 25 yaşlı gəncə hökm oxundu

Bakıda bacısını və onun sevgilisini bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bakı Ağır …