Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Biləsuvarda məşhur falçı qadın saxlanıldı – FOTO

Biləsuvarda məşhur falçı qadın saxlanıldı – FOTO

Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.

Yelena Pavlovna Kalaşnikova Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etdiyi müraciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb. Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emiliya kimi təqdim edən fırıldaqçı qadın müxtəlif vaxtlarda Astara, Şirvan, Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində xeyli sayda oxşar cinayət əməlləri törədərək vətəndaşların pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib.

Yelena Pavlovna istintaqa verdiyi ilkin ifadə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq və soyğunçuluq üstündə 9 il məhkumluq həyatı yaşayıb.

Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) “Report”a bildirilib ki, Yelena Pavlovnanın oxşar cinayət əməllərindən zərərçəkən şəxslərin Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng etmələri xahiş olunur.

Faktla bağlı araşdırmalar aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …