Ana səhifə / Kriminal / Biləcəri dairəsi kiçildildi

Biləcəri dairəsi kiçildildi

Deformasiyaya uğramış yerlər yenidən bərpa olunur.

Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Oxu.Az -a verilən məlumata görə, uzunluğu 335 m olan küçənin 235 m hissəsində 12 m enində genişləndirilmə işləri həyata keçirilib.

Belə ki, həmin hissədə torpaq yatağı yenidən tikilərək birqat asfalt-beton örtük döşənib.

Həmin ərazidə yerləşən dairənin diametri 34 m-dən 22 m-ə qədər kiçildilib.

Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması  işləri aparılır.

Həmçinin oxuyun

Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi saxlanılıb

Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb. Bu …

Bir cavab yazın