Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bibisini balta ilə öldürən gəncin məhkəməsində gərginlik: “Sənin nəslində mənim kimi kişi yoxdur”

Bibisini balta ilə öldürən gəncin məhkəməsində gərginlik: “Sənin nəslində mənim kimi kişi yoxdur”

24 yaşlı gənc hakim qarşısına çıxarılıb. O, bibisini öldürməkdə ittiham edilir. Bir uşaq atası olan təqsirləndirilən şəxs qətli namus üstündə törətdiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Vüsal Şıxəliyev bibisi Yeganə İmamverdiyevanı namus üstündə yatdığı yerdə öldürüb. O, bibisinə balta ilə 4 zərbə endirib. Belə ki, Vüsal Şıxəliyev bibisinin həyətində kirayədə yaşayan Röyal Əhmədova 50 manat borc verib. Vüsal pulunu almaq üçün R.Əhmədovun yaşadığı evə gəlib. Bu zaman həmin evdə bibisini görüb və aralarında münasibət olduğundan şübhələnərək onu döyərək həyətə çıxarıb. Səsə Yeganə İmamverdiyevanın uşaqları gəlib. Vüsal Şıxəliyev oradan uzaqlaşıb. Daha sonra isə bibisini qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə də səhər saat 7 radələrində bibisi yatarkən onun otağına girib və başına balta ilə zərbələr endirib. Bu zaman Yeganə İmamverdiyevanın yanında övladı da olub.

Məhkəmədə Vüsal Şıxəliyev özünü təqsirli bilib və əməlini etiraf edib. Bildirib ki, ittihamda düz yazılıb və o, qətli namus üstündə törədib.

Suallara cavab verən V.Şıxəliyev deyib ki, bibisi ailəli, uşaqları olduğu halda başqa şəxslə qapısı bağlı evdə olub.

Картинки по запросу balta ilə öldürən

“Mən gördüyümü görmüşdüm. Ailəli qadın evdə başqa kişi ilə, qapıda bağlı. Bundan artıq nə olmalı idi?”– deyən V.Şəxəliyevə əlavə suallar verilib.

Ondan bibisinin həmin şəxslə hansısa münasibətinin olub-olmaması haqda da soruşulub.

V.Şıxəliyev söyləyib ki, belə bir şübhəsi olub. Amma dəqiq məlumatı olmayıb: “Gördüyümü görmüşəm. Sonra da bu əməli törətmişəm. Biz belə bir şeyi qəbul etmirik. Amma görürəm ki, səhv etmişəm”.

O, bibisini xəstə övladının yanında qətlə yetirməsinin səbəbini isə belə izah edib: “Mən otağa girəndə dedim bəlkə yanındakı nənəmdir. Bilsəydim ki, oğludur orada öldürməzdim”.

Məhkəmədə zərərçəkmişin həyat yoldaşı, hüquqi varisi Kamil İmamverdiyev ifadə verib. Zərərçəkmiş ifadə verərkən bir neçə dəfə aralarında mübahisə düşüb. İlk olaraq zərərçəkmiş təqsirləndirilən şəxsi təhqir edib. Hakim zərərçəkmişə xəbərdarlıq edib və belə bir hal təkrarlanacağı halda onun barəsində tədbiR görəcəyini bildirib. ZərərçəkMiş məhkəmədən üzr istəyərək ifadəsinin davamında qeyd edib ki, Vüsalın həyat yoldaşı barəsində dedikləri yalandır.

Похожее изображение

Kamil İmamverdiyev bildirib ki, Vüsal hadisədən bir gün əvvəl də arvadını döyüb, amma səbəbini soruşa bilməyib:“Məndən ağsaqqallar xahiş etdi ki, şikayətçi olmayım. Sonra da işə getdiyim üçün maraqlana bilmədim ki, arvadımı döyməsinin səbəbi nə idi. Sonra da belə bir hadisə oldu. Vüsala mənim etdiklərimi heç əmisi, dayısı etməmişdi. Mənim yoldaşım kimi namuslu qadın heç Azərbaycanda yox idi”.

Mərhumun həyat yoldaşı bildirib ki, Vüsal Şıxəliyev avara olub: “Bunun heç gecəsi-gündüzü yox idi. Heç kimi saymırdı. Bütün günü içirdi, başqa şeylər də edirdi”.

Vüsal Şıxəliyev isə zərərçəkmişin bu sözlərinə qəzəblənib: “Heç sənin nəslində mənim kimi kişi yoxdur. Danışığına fikir ver. Sən yaxşı oğlan olsaydın, gəlib bir gün qabaq məndən soruşardın ki, arvadını niyə vurmuşam?”.

Zərərçəkmiş İmamverdiyev isə cavabında Vüsal Şıxəliyevə belə cavab verib: “Mən sənin kimi oğlanlara kibrit çöpü kimi baxıram. Sən kimsən ki, mənim ailə işimə burun soxursan? Sənə kim ixtiyar verib”.

Bu zaman da tərəflər arasında gərginlik yaşanıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Məhkəmədə Vüsalın anası, mərhumun bacısı və mərhumun anası şahid qismində ifadə veriblər. Onlar hadisənin şahidi olmadıqlarını, Vüsalın mərhum haqqında dediklərinin doğru olmadıqlarını söyləyiblər.

Hadisənin əsas iki şahidi- mərhumun oğlu və kirayədə yaşayan Röyal Əhmədov ifadə verəcək

Məhkəmə prosesi aprelin 18-də davam edəcək.

Картинки по запросу yatdığı yerdə balta ilə öldürən

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisəni törədən V.Şıxəliyev tutulub.

V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.

 

 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …