Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Beynəlxalq Sığorta Şirkətində ciddi kadr dəyişikliyi aparıldı

Beynəlxalq Sığorta Şirkətində ciddi kadr dəyişikliyi aparıldı

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan “Beynəlxalq Sığorta Şirkəti”nin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.

APA-nın məlumatına görə, şirkətin Direktorlar Şurasının üzvü İlqar Hüseynov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Fərid Həşimov əvəz edib.

Qeyd edək ki, F. Həşimov həm də Azərbaycan Beynəlxalq Bankının struktur bölmələrlə iş departamentinin direktoru vəzifəsini tutur.

Bundan başqa, şirkətin Təftiş Komissiyasının tərkibi tamamilə yenilənib. Belə ki, komissiyanın sədri İradə Deystani vəzifəsi ilə vidalaşmalı olub. Bu vəzifə Elşən Quliyevə həvalə olunub.

Təftiş Komissiyasının üzvləri Emin və Rüfət Rəcəbovlar işdən çıxarılanlar arasındadır. Onları müvafiq olaraq Qeysər Səfərəliyeva və Elxan Abbasov əvəzləyiblər.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın