Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Beynəlxalq Bankın daha bir vəzifəli şəxsi hakim qarşısında – mənimsəmə, saxtakarlıq

Beynəlxalq Bankın daha bir vəzifəli şəxsi hakim qarşısında – mənimsəmə, saxtakarlıq

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqdirləndirilən 1985-ci il təvəllüdlü Elnur Nağıyevin cinahət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan qeyd edib.

İttihama görə, E.Nağıyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarından birində aparıcı mütəxəssis vəzifəsində çalışarkən vəzifə saxtakarlığı edib.

O, vəzifəsindən istifadə edərək 19 min manatı mənimsəyib.

Elnur Nağıyev ittihamla özünü təqsirli bildiyini deyib.

Məhkəmədə məlum olub ki, E.Nağıyev dəymiş zərəri ödəyib.

Qeyd edək ki, E.Nağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib və hazırda ev dustaqlığındadır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …