Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Beynəlxalq Bank özəl bank olsaydı, bugünkü duruma düşməzdi” – Qubad İbadoğlu

“Beynəlxalq Bank özəl bank olsaydı, bugünkü duruma düşməzdi” – Qubad İbadoğlu

Azərbaycan Beynəlxalq Bankının (ABB) 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda keçirilən bank forumunda çıxışında bildirib.

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi nə dərəcədə doğru addımdır?

İqtisadçı ekspert Qubad İbadoğlu Qaynarinfo.Az-a açıqlamasında bildirib ki, atılacaq addım doğru addımdır, amma bankın özəlləşdirməsi bir neçə il əvvəl həyata keçirilməli idi:

“Beynəlxalq Bankın problemli kredit portfelinin satılmasından, bankın fəaliyyətinin sağlamlaşdırılmasından sonra onun özəlləşdirilməyə çıxarılması məqbul hesab oluna bilər. Azərbaycan Beynəlxalq Bankı dövlət bankıdır. Beynəlxalq Bankın timsalında görürük ki, korrupsiya və mənimsəmə halları Azərbaycan reallığında mövcuddur. Ancaq özəl bank olsa idi, yəqin ki, indi Beynəlxalq Bank bugünkü duruma düşməzdi. Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı 10 ildən çoxdur ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı hökumətə tövsiyyələr verir. Bu baxımdan, bankın özəlləşdirilməsi mümkündür və məqsədəuyğundur. Amma bu tez zamanda baş verməyəcək və bankın özəlləşdirilməsi üçün müəyyən vaxt lazımdır. Gələn il Beynəlxalq Bankın yalnız özəlləşdirilməyə hazırlığı gedəcək”.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın