Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib – RƏSMI

Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib – RƏSMI

Tarif (Qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır.

Bu barədə Trend-ə Tarif Şurasından məlumat verilib.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib.

Bu tariflər 2014-ci il 1 yanvar tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın