Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Beynəlxalq Bankın səhmləri yenə ucuzlaşdı

Beynəlxalq Bankın səhmləri yenə ucuzlaşdı

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmlərinin bazar dəyəri azalmaqda davam edir.

Bu barədə Fins.az səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən “Kapital Menecment”investisiya şirkətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda qiymətli kağızlar bazarında ABB-nin 1 səhminə 0,06 manat təklif olunur. Halbuki, ayın əvvəlində qiymət 0,07 manat olub. Başqa sözlə, yarım ay ərzində səhmlər dəyərini təxminən 14% itirib. Ucuzlaşma Bankın 2015-ci ilin 824 mln. manata yaxın zərərlə başa vurması fonunda baş verir.
Xatırladaq ki, ötən ilin sonuna ABB-nin nizamnamə kapitalı 641,287 mln. manat olub. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375,1 mln. səhm əsasında formalaşıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın