Ana səhifə / Kriminal / Beynəlxalq Bankdan 216 milyon manat ziyan

Beynəlxalq Bankdan 216 milyon manat ziyan

“Azərbaycan Beynəlxalq Bankı” 2015-ci ilin 1-ci yarısına aid konsolidasiya edilmiş maliyyə hesabatını açıqlayıb. Bu barədə fins.az bankın saytına istinadən xəbər verir.

Aktivləri 11 milyard manata yaxındır

Hesabata əsasən, 6 ayın yekununda bankın aktivləri 10 milyard 758 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə təxminən 19% çoxdur. Yarım il ərzində bankın cəmi öhdəlikləri təxminən 20% artaraq 10 milyard 236 milyon manat, cəmi kapitalı isə 24% azalaraq 522 milyon manat təşkil edib.

Kredit və əmanət portfeli böyüyüb

Yanvar-iyun aylarının yekunlarına əsasən, bankın kredit portfeli 9 milyard 353 milyon manat olub. Bu da 2015-ci ilin əvvəlinə nisbətən 19% çoxdur. Bankın əmanət portfeli isə 12%-dən çox artaraq 4 milyard 658 milyon manata çatıb.

Hər səhmə 9 qəpik ziyan

Hesabat dövründə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 16% artaraq 380 milyon manat, faiz xərcləri 44% artaraq 265 milyon manat, qeyri-faiz gəlirləri 11% azalaraq 43 milyon manat, qeyri-faiz xərcləri isə 38% artaraq 9 milyon manat olub. Amma bankın əlavə xərcləri, o cümlədən inzibati xərcləri çox olduğundan (təxminən 65 milyon manat) bank ilin 1-ci yarısını təxminən 216 milyon manatlıq ziyanla başa vurub. Son nəticədə Beynəlxalq Bankın nominal dəyəri 27 qəpik olan hər səhmi üzrə zərəri 9 qəpik təşkil edib. Halbuki 2014-cü ili bank hər səhmə görə 2 qəpik mənfəətlə başa vurmuşdu.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın