Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Beynəlxalq Banka Elman Rüstəmovun adamı gətirilir” – yeni İDDİA

“Beynəlxalq Banka Elman Rüstəmovun adamı gətirilir” – yeni İDDİA

Maliyyə naziri Samir Şərifovun baş bankirin qarşısından geri çəkildiyi bildirilir

Sabah Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının növbəti yığıncağıdır. Məlumata görə, iclasda Bankın İdarə Heyətinə yeni sədrin seçilməsi məsələsinə də baxılacaq. Bu da o deməkdir ki, Cahangir Hacıyevin istefasından sonra Beynəlxalq Bankın yeni rəhbərinin kimliyi ilə bağlı söz-söhbətlərə birdəfəlik nöqtə qoyulacaq.
İndiyə qədər bu vəzifəyə adı hallandırılan şəxslərin aid olduqları çevrələr məsələnin Mərkəzi Bankın sədri Elman Rüstəmovla maliyyə naziri Samir Şərifov arasında əməlli-başlı nüfuz savaşına çevrildiyini göstərir.
Xatırladaq ki, son günlərə qədər bu vəzifəyə ən real namizədlərdən biri kimi Mərkəzi Bankın sədri Elman Rüstəmovun yaxın adamlarından biri – “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin adı hallandırılırdı. Azərbaycan Prezidentinin Beynəlxalq Bankla bağlı iyunun 15-də imzaladığı fərman bu mövzu ətrafındakı mənzərəyə müəyyən qədər aydınlıq gətirdi. Məlum oldu ki, söhbət Məmməd Musayevin Beynəlxalq Bankın sədri təyin edilməsindən yox, bu bankın sağlamlaşdırılması məqsədilə onun problemli aktivlərinin “Aqrarkredit”in idarəçiliyinə verilməsindən gedir.
Son günlər isə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizəd kimi “Azərtürkbank”ın indiki, Kapital Bankın isə keçmiş sədri Elmar Məmmədovun adı hallandırılır. Maliyyə naziri Samir Şərifova yaxın hesab edilən bu şəxsin Beynəlxalq Bankın sədri vəzifəsinə gətirilməsi barədə gümanlar maliyyə nazirinin mövqelərinin möhkəmlənməsi kimi qiymətləndirilir.
Amma redaksiyamıza daxil olan ən son məlumatlara görə, Samir Şərifov hansısa səbəblərdən bu məsələdə mövqeyindən geri çəkilərək Elman Rüstəmovun bu postda görmək istədiyi namizədə güzəştə getməli olub. Belə ki, sabah Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə heç kəsin gözləmədiyi tamam başqa bir şəxs – Rəşad Orucov seçiləcək. Adı çəkilən şəxs hazırda Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışır və baş bankirə ən yaxın adamlardan sayılır.
Maraqlıdır ki, Rəşad Orucov həm də Beynəlxalq Bankın sədri vəzifəsinə daha əvvəl adı hallandırılmış Məmməd Musayevin kürəkənidir. Hələlik, iyunun 22-i gözləmək qalır. Əgər sabah Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə Rəşad Orucovun təyinatı baş tutsa, bu, Elman Rüstəmovun Samir Şərifov üzərində qələbəsi demək olacaq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın