Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / BeynəIxalq Bank özəlləşmə üçün hazırlanır – RƏSMİ

BeynəIxalq Bank özəlləşmə üçün hazırlanır – RƏSMİ

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bunu “Reuters”ə müsahibəsində bildirib.

R.Aslanlı qeyd edib ki, aktivlərinə görə Azərbaycanın ən iri bankı olan ABB özəlləşdirmə üçün hazırlanır. “Hökumət ABB-nin problemlərinin əksəriyyətini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt aparır və özəlləşdirmə bu il real deyil”.

R. Aslanlı bildirib ki, artıq banklar “üzən məzənnə” rejiminə uyğunlaşıblar: “Bankların yeni reallıqlara uyğunlaşdırılması bitib və biz təkmilləşdirmələrə başlanması haqda danışa bilərik”.

Palatanın sədri vurğulayıb ki, bütün digər banklar kapital tələblərinə cavab verir və hər hansı bankın bağlanması gündəmdə deyil: “Bu il on kommersiya bankı lisenziyasını itirib. ABB və “Bank Standard” “reabilitasiya” altındadır”.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …

Bir cavab yazın