Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Beyləqanda kriminal aləmin “Səddam”ı saxlanılıb – VİDEO

Beyləqanda kriminal aləmin “Səddam”ı saxlanılıb – VİDEO

Beyləqan rayonunda “Səddam” ləqəbi ilə tanınan kriminal avtoritet tutulub. 


“Report”un Mil-Muğan bürosu xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri həyata keçirilib.
Bu dəfə keçirilən axtarışlar nəticəsində kriminal aləmdə “Səddam” ləqəbi ilə bilinən Beyləqan rayon sakini Hüseyn Mustafayev saxlanılıb.
Saxlanılan şəxsin evinə baxış keçirilən zaman orada narkotik vasitə olan 2,008 qram heroin və 133 qrama yaxın həşiş aşkar edilərək götürülüb.
H.Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …