Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik” – Baş nazirin müavini

“Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik” – Baş nazirin müavini

“Bazarda qiymətlərin müəyyən artımı hiss olunur, biz bunu etiraf edirik”.
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, hökumət tərəfindən qiymətlərin daha sürətlə artmaması üçün vacib olan tədbirlər görülür:
“Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsində onun Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənardayam. Amma hökumətin bu gün həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ondan ibarətdir ki, Azərbaycanda qiymətlərin artımının qarşısı mümkün qədər alınsın və bu, insanların həyat , yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Bu istiqamətdə də geniş proqram hazırlanır”.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın