Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Bazarda ət bahalaşdı – VİDEO

Bazarda ət bahalaşdı – VİDEO

Bakıda mal və qoyun əti bahalaşır. Qiymət artımına şəhərin əksər kəsim və satış məntəqələrində rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, qiymət artımı canlı heyvanın bahalaşması ilə bağlıdır.

Onlar bildirirlər ki, qiymət artımı sentyabrın sonlarına qədər davam edəcək. Mal əti ilə yanaşı qoyun əti də nisbətən bahalaşıb.

Bölgələrdə də qoyun ətinin qiymətində artım hiss olunur. Qəssablar bunu heyvan qıtlığı ilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, mal və qoyun ətinin bahalaşması üçün xüsusi səbəb yoxdur. Sadəcə ümumi istehlak bazarında müəyyən qədər bahalaşma olduğundan, bu ətin qiymətinə təsir göstərib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın