Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Bazara qayıtmaq istəyirik” – “GƏNCƏBANK”

“Bazara qayıtmaq istəyirik” – “GƏNCƏBANK”

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Gəncəbank”ın səhmdarları bank sektoruna yenidən qayıtmaq istəyir. Bu barədə bankın İdarə Heyətinin sədri Əlvan Məmmədov bildirib.
Onun sözlərinə görə, söhbət daha çox hansısa bankla birləşməkdən gedir: “Bankın lisenziyası likvidlik probleminə görə ləğv olunub. Bu problem əksər banklarda var. Təbii ki, bazarı tərk etmək istəməzdik, hansısa formada bu bazara qayıtmaq istəyirik. Bunu başqa bir bankla konsolidasiyaya gedərək edə bilərik”.
Əlvan Məmmədov onu da bildirib ki, banka hələ ki, ləğvedici təyin edilməyib: “Hazırda bankda AMB-nin inzibatçısı işləyir”. Fins.az

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın