Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Kriminal / Bazar ertəsini sevmədiyi üçün şagirdləri güllələyən gənc qızın cinayəti… – FOTOLAR

Bazar ertəsini sevmədiyi üçün şagirdləri güllələyən gənc qızın cinayəti… – FOTOLAR

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bu sindrom həyatımızda önəmli bir yer tutur. Bazar ertəsi günü bir çox insan özünü narahat, yorğun, əzgin, işə həvəssiz hiss edir.

Bu problemin nə qədər ciddi fəsadlar törədə biləcəyinin tarixdə bir xoşagəlməz nümunəsi var.

16 yaşlı Brenda Ann Spencer adlı bir qız da bazar ertəsi gününü sevməyənlərdən olub. Lakin onun sıxıntıları qorxunc sonluqla bitib.

Gənc qızın bazar ertəsi sindromu yaşayaraq törətdiyi qətliam haqqında sizlərə bəzi məlumatları təqdim edirik.

5d351661ff809c7205d458b42802846b

Brenda Ann Spencer 1962-cı ildə Kaliforniyada dünyaya gəlib. Onu məşhur edən şey isə çox təəssüf ki, 16 yaşında törətdiyi bir qətliam olub.

Brenda San-Dieqodakı yaşadığı evdə özünü sıxıntılı, narahat hiss etməyə başlamışdı. O, bu sıxıntısını aradan qaldırmaq üçün evdəki silahı əlinə alaraq küçəyə çıxmışdı. Küçədə qarşısına çıxan ibtidai sinif şagirdlərinə atəş açan Brenda 2 nəfərin ölümünə və 9 nəfərin yaralanmasına səbəb olmuşdu.

19 yanvar 1979-cu ildə bu qətliamı törədən Brendanın bunu etməsinə səbəb təkcə bazar ertəsi problemi deyildi. Sinif yoldaşları onun məktəbdə də anormal davranışlar sərgilədiyini deyirdi. Ailəsi də Brendanın tez-tez intihar etmək istəyinin olmasını və bunu dilə gətirməsini məhkəmədə bildirmişdi.  

grover-cleveland-elementary-school-shooting

Brendanın bu hadisəni törətməsinin səbəbkarlarından biri də onun atası olub. Belə ki, atasından yeni il gecəsində ona radio almasını istəyən Brendaya silah hədiyyə edilib. Evində 200-ə yaxın mərmi ilə yaxalanan Brenda məhkəmədə “bunu niyə etdin” sualına bu cür cavab vermişdi: “İ dont like Mondays (Bazar ertəsi gününü sevmirəm)”

25 illik həbs cəzası alan Brenda daha sonrakı ifadələrində bu qətli özünü polislərə öldürtmək üçün etdiyini demişdi. Bir növ intihar seçimi olduğunu deyən Brenda uşaqlara atəş açarsa, polislərin də onu öldürəcəyini düşünərək, bunu etdiyini bildirmişdi.

maxresdefault

Daha sonra epilepsiya xəstəsi olan Brenda həbsxanada ağır depressiyadan müalicə də alıb. 2005-ci ildə həbs müddəti uzadılan Brendanın bu ilin sonunda bir problem çıxmadığı halda, sərbəst buraxılacağı bildirilir.

Bu hadisə ilə bağlı bazar ertəsi günü üçün bir mahnı da hazırlanıb.

Turan Oruc,Musavat.com

brenda-ann-spencer-tumblr550-660x495
f0f6a0a5efba1eadf2acb45bc53055cb

Həmçinin oxuyun

12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb. Yaşar …