Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Kriminal / Bayram Nurlu Polis Şöbəsinə çağırıldı – Video

Bayram Nurlu Polis Şöbəsinə çağırıldı – Video

Daxili İşlər Nazirliyi Bayram Nurlunun müzakirələrə səbəb olan videosu haqda açıqlama yayıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin məlumatda deyilir:

“Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanmışdı.

Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib. 

O, törətdiyi inzibati xətanı etiraf edib və bu hərəkətindən peşman olduğunu bildirib”. 

Həmçinin oxuyun

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açıldı

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən …