Ana səhifə / Kriminal / Bayram günlərində Bakı otellərində yer tapılmır

Bayram günlərində Bakı otellərində yer tapılmır

Hər il Novruz bayramı ərəfəsində Azərbaycana xarici ölkələrdən, o cümlədən, qonşu İran və Rusiyadan səfər edənlərin sayı artır. Ötən illərlə müqayisədə manatın məzənnəsinin dollara nəzərən ucuzlaşması ölkəyə gəlmək arzusunda olan turistlər üçün xeyli fürsət yaradıb. Bəs həmin tendensiya bu il necə, davam edəcəkmi?

Araşdırmalar zamanı məlum olub ki, bu il də bayram tətilini Azərbaycanda, xüsusən də, paytaxtda keçrimək istəyənlər artıq öncədən otel rezervasiyalarını ediblər. Ekspertlər turist axınını həm də devalvasiyadan sonra Azərbaycanın qonşu ölkələrin turistləri üçün daha münasib olması ilə əlaqələndirirlər. Çünki beynəlxalq valyuta ilə səfər edən əcnəbilərə əllərindəki pulu Azərbaycan manatına konvertasiya etmək sərfəlidir.

Yaxın ölkələrdən səfər edənlərin böyük hissəsi tur operatorları ilə deyil, fərdi qaydada – avtobusla və ya şəxsi avtomobilləri ilə gəldiklərindən, turizm şirkətləri onların sayındakı artımla bağlı dolğun məlumata malik deyillər. Amma bununla belə, turizm şirkətlərinə müraciət edənlər də var.

“İmprotex” turizm şirkətindən virtualaz.org-a verilən məlumata görə, turistlər onlara daha çox viza ilə bağlı müraciət edirlər. Bu il ölkəyə gələn əcnəbilərin çoxu isə iranlı və ərəblərdir.

“Bayramla əlaqədar ölkəyə səfər etmək üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə çoxdur. Məsələn, indiyə qədər təkcə bizim şirkətə 70-80 nəfər İran vətəndaşı, təxminən 50 nəfərə qədər ərəb müraciət edib. İranlılar əsasən fərdi qaydada gəlirlər, amma vizanı bizim vasitəmizlə alırlar”, – deyə şirkətin turizm meneceri bildirir.

Turizm şirkətinin əməkdaşı deyir ki, müraciət edən turistlərin çoxu paytaxtın otellərini deyil, kirayə evləri üstün tutur:

“Onların çoxu evlərdə kirayə qalırlar, oteldə qalanlar azdır. Lakin maddi imkanı yaxşı olanlar otellərə də müraciət edir. Biz onlara rayonlara turlar və bayram proqramları da təşkil edirik”, – deyə müsahib bildirir.

“VİP” tuizm şirkətindən isə bildirdilər ki, onlar daha çox “outgoing”lə məşğul olduqlarından, xaricdən Azərbaycana gəlmək istəyənlər bu firmaya müraciət etmir. Amma ölkədən kənarda Novruz bayramını keçirmək istəyənlərin sayında artım yoxdur. Devalvasiyadan sonra bizim yerli turstlər xaricə getməkdən imtina edirlər.

“Gilan” turizm şirkətindən də bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə səfər edən qonaqların sayında artım olduğunu deyirlər: “Bizə müraciət dən turistləri bizim otellər şəbəkəsində yerləşdiririk. Yəni “Gilan” turizmə müraciət edib kirayə evlərdə qalanlar yoxdur. Ötən illə müqayisədə gələn turistlərin sayında artım var. Məsələn, indiyə qədər bizə təxminən 150 turist səfər üçün müraciət edib. Bu sayın yaxın günlərdə bir qədər də artma ehtimalı var”.

Turizm əməkdaşı deyir ki, ən çox iranlı turistlər müraciət etsə də, gələnlər arasında ərəblər, pakistanlılar, ruslar və digər millətlərin nümayəndələrinə də rast gəlmək mümkündür.

“Bulvar İnn” və “Qafqaz” otellərində artıq bayram günləri ilə bağlı əcnəbilər tərəfindən müraciətlər olunduğunu deyirlər. “Qafqaz Baku City Hotel”də bayram ərəfəsində 20 gün bütün yerlərin dolduğunu deyirlər:

“Mart ayının 17-dən aprel ayının 5-ə kimi bizdə oteldə boş yer yoxdur, bütün nömrələrimiz sifariş olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə turist sayında təxminən 10-12% artım müşahidə olunur. Bizdə hazırda da rus turistlər var və bayram ərəfəsində Rusiya, İran, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrdən səfər edənlər olacaq”.

Otel nümayəndəsi deyir ki, bəzi rezervlərə Qəbələ və digər şəhərlərdə şou-proqramlar daxildir.

Gələn turistlərin sayı çox olsa da, ölkədə hələ də ucuz otellər yoxdur. Ekspertlər deyirlər ki, Azərbaycanda 3-4 ulduzlu otellərin sayının az olması səbəbindən maddi imkanı orta səviyyədə olan əcnəbilər daha çox mənzil kirayə ediblər. Ekspertlər vurğulayırlar ki, Azərbaycana daha çox turist cəlb etmək üçün ilk olaraq burada qiymətlərə nəzarət etmək lazımdır. (Virtualaz.org)

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın