Ana səhifə / Kriminal / Bayram günlərində törədilən cinayətlərin sayı

Bayram günlərində törədilən cinayətlərin sayı

2021-ci il mart ayının 20-dən22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.    

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılmışdır.

Həmçinin oxuyun

Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən aldılar

Paytaxt sakininə qarşı quldurluq edilib.  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon …