Çərşənbə axşamı , İyun 2 2020
Ana səhifə / Kriminal / Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü… – Yenilənib

Başqasının vurduğu uşağı həkimə aparırdı, özü öldü… – Yenilənib

Quba rayonunda avtomobillə vurulan şəxsi xəstəxanaya çatdırmaq istəyən sürücü qəzaya düşərək ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.

Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.

Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

**

Baş verən avtomobil qəzası nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, onlar – Rustov kənd sakinləri 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qayınanası 59 yaşlı Leysan Kərimovadır. Yaralıların hər üçü Quba MRX-nın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Baş həkimin bildirdiyinə görə vəziyyətləri orta ağırdır.

Həmçinin oxuyun

Baş Prokurorluq Mahmudovun mülkləri haqda bu gün şərh verəcək

Keçmiş MTN naziri Eldar Mahmudovun övladlarının Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli …