Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / Başı telefona qarışdı, “Land Cruiser”lə qadını vurub üstündən keçdi – Bakıda (VİDEO)

Başı telefona qarışdı, “Land Cruiser”lə qadını vurub üstündən keçdi – Bakıda (VİDEO)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub.

Görüntülərə əsasən, avtomobil asta sürətlə hərəkət edir, qadın isə yolu yavaş keçir. Bu zaman sürücü qadını vurur və üstündən keçir, yoluna davam edərək bir az irəlidə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə dünyasını dəyişib.

Sürücünün sükan arxasında mobil telefona başı qarışdığı ehtimal olunur.

Ürəyi zəif olanların baxması məsləhət deyil.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …