Ana səhifə / Kriminal / Başçı müavininin ailəsində faciə: xanımı öldü, oğlu ağır yaralı

Başçı müavininin ailəsində faciə: xanımı öldü, oğlu ağır yaralı

Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb.
Bu barədə Axar.az-a daxil olan məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.
Məlumata görə, hadisə gecə saatlarında baş verib.
“Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının həlak olduğu deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, – deyə icradan bildirilib.
Məlumatda sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.
Xəbər yenilənəcək…
***
FHN baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Hunday” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, qəzada ölən R.Cabbarov R.Zeynalovun sürücüsüdür.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …