Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Baş redaktor kassasiya şikayətini geri götürdü

Baş redaktor kassasiya şikayətini geri götürdü

Ali Məhkəmədə hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilmiş jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə edlan edilib ki, keçmiş icra başçısı kassasiya şikayətini geri götürüb.

Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Xatırlatma: “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ittiham olunan şəxslər hər biri 7 il azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsində araşdırılan işlə bağlı qüvvədə olan hökm dəyişdirilib. Qərara əsasən, Asəf Novruzov və Məhsud Səfərovun cəzası 5 ilə endirilib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …