Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli
Cəfərovun barəsində hökmdən verdiyi şikayət üzrə məhkəmə iclası
başlayıb.
APA-nın
xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxsin anket məlumatları və apelyasiya şikayətinin
dəlilləri araşdırılıb.
Məhkəmə baxışı sentyabrın 16-a təyin edilib.
Qeyd
edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan
M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək
ona qarşı külli miqdarda dələduzluq edib.
Belə
ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən
azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb.
Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin
hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov
barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun
barəsində həbs qətimkan tədbiri seçilməyib.
Xatırladaq
ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət
göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4
avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş Prokurorun müavini
təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalında həbs edilib.
