Ana səhifə / Kriminal / Baş Prokurorluqdan holdinq sahibinin həbsi ilə bağlı açıqlama

Baş Prokurorluqdan holdinq sahibinin həbsi ilə bağlı açıqlama

Baş Prokurorluq “KAT Holdinq”in təsisçisi Elçin Ələkbərovun həbsi ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında araşdırma aparılıb.
Bu zamanı müəyyən edilib ki, “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmayıb, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …