Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Baş Prokurorluq: “Tofiq Yaqublunun ərizəsində göstərdikləri təsdiqini tapmadı”

Baş Prokurorluq: “Tofiq Yaqublunun ərizəsində göstərdikləri təsdiqini tapmadı”

Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılan araşdırma yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu “Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanan material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …