Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Baş Prokurorluq Mahmudovun mülkləri haqda bu gün şərh verəcək

Baş Prokurorluq Mahmudovun mülkləri haqda bu gün şərh verəcək

Keçmiş MTN naziri Eldar Mahmudovun övladlarının Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülklərə sahiblik etməsilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

“Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar”, deputat bildirib.

Eldar Mahmudovdan araşdırmadakı iddialara şərh almaq mümkün olmayıb.

Prezidentin sözçüsü Azər Qasımov “BBC News Azərbaycanca”-ya bildirib ki, onlar Prezidentin fəaliyyəti ilə bağlı məsələlərlə məşğul olduğundan, bu, ona aid məsələ deyil.

Baş Prokurorluq bu araşdırma ilə bağlı bu gün şərh verəcəyini bildirib.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …