Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Kriminal / Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb

Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb

Azərbaycanın Baş Prokurorluğu İran məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı ölüm hökmünün çıxarması ilə bağlı xəbərləri təkzib edib.

Bu barədə oktyabrın 3-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

“İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 2-də yerli mətbuat Azərbaycan Dövlət Televiziyasına istinadən İranda məlum terror aktını törədən şəxslə bağlı ölüm hökmünün çıxarıldığı barədə xəbərlər yaymışdı. 

Həmçinin oxuyun

Prorektorun qətlinin ŞOK TƏFƏRRÜATLARI: 12 il sonra… – VİDEO

Xəbər verildiyi kimi, “Təfəkkür Universiteti”nin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyev təhsil müəssisəsinin prorektoru Tariyel Əhmədovun …