Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Kriminal / Baş Prokurorluq: “Bu il Azərbaycanda 33 qadın qəsdən öldürülüb”

Baş Prokurorluq: “Bu il Azərbaycanda 33 qadın qəsdən öldürülüb”

Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib. Müraciəti təqdim edir: “Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır. Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət et! #qadınzorakılığınasusma”.

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …