Ana səhifə / Kriminal / Baş Prokurorluq “Adu Piramida”da baş verən dəhşətli qətllə bağlı xəbər yaydı

Baş Prokurorluq “Adu Piramida”da baş verən dəhşətli qətllə bağlı xəbər yaydı

Baş Prokurorluq Masallıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. 

Baş Prokurorluqdan Azinforum.az-a verilən məlumata görə, respublikanın polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də itkin düşmüş Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Sahib Mahmudovun axtarılıb tapılması istiqamətində sonuncunun həmin tarixdə Masallı rayonu ərazisində qətlə yetirildiyi müəyyən edilib:

“Aparılmış tədbirlər nəticəsində Cəlilabad və Abşeron rayon Polis şöbələrinin istintaq bölmələrində Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə başlanmış cinayət işləri üzrə istintaq zamanı təqsirləndirilən şəxslər Əli Ələkbərli və Altay Ağamalızadə tərəfindən Sahib Məmmədovun şəxsi münasibətlər zəminində yanvarın 25-də Masallı rayonu ərazisində yerləşən “Adu Piramida” istirahət mərkəzində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə şübhələr üçün əsaslar müəyyən ediliib.

Hazırda Sahib Mahmudovun qətlə yetirilməsində təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”. 

Həmçinin oxuyun

“Tural Qarayevə yüngül cəza verilməsi təhlükəlidir” – Hüquqşünas

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının yetkinlik yaşına çatmamış qızına hücum edən şəxs inzibati qaydada 15 …