Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Kriminal / “Baş Prokurorluğuğun əməkdaşı”nın məhkəməsi başlayır

“Baş Prokurorluğuğun əməkdaşı”nın məhkəməsi başlayır

Özünü Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Pərvin Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rahib Salmanovun icraatındadır.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

Ona Cinayət Məcəlləsinin 178.1 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib. Report

Həmçinin oxuyun

Sabiq başçının ailəsi yaşadıqları evdən çıxarıldı – Foto

Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı …