Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Baş prokuror özünü yandıran qazinin bacısını qəbul etdi – ölüm işiylə bağlı ciddi tapşırıqlar verdi…

Baş prokuror özünü yandıran qazinin bacısını qəbul etdi – ölüm işiylə bağlı ciddi tapşırıqlar verdi…

Bu il iyulun 26-da özünü yandıraraq intihar edən Qarabağ qazisi İmamverdi İsmayılovun ölüm işinin araşdırılmasıyla bağlı Baş prokuroruluqda istintaq aparılır. 
Bu haqda Moderator.az-a danışan mərhumun bacısı İsmayılova Samirə Səxavət qızı dünən Baş prokuror Zakir Qaralovun şəxsən onu qəbul etdiyini bildirib:
“Baş prokurorluğa yazdığım məktublardan sonra məni prokurorluğa dəvət etdilər. Məni dinlədikdən sonra Baş prokuror Zakir Qaralov qəbul etdi, məni dinlədikdən və qardaşımın ölüm işinin araşdırılmasıyla bağlı ciddi tapşırıqlar verdi. Qardaşımın xəstə azyaşlı uşağının bundan sonrakı taleyi, ekspertiza rəyinin yenidən araşdırılması, kameralara baxış və s. haqda araşdırma aparılacaq. Mənə bildirdilər ki, qardaşımın qanı batmayacaq. Buna görə çox sevindim və ümid edirəm ki, qardaşımın ölümündə günahkar olan həkimlər cəzasız qalmayacaqlar”.
Qeyd edək ki, qazi İmamverdi İsmayılov xəstə uşağını Mingəçevir xəstəxanasına aparan zaman həkimlərin ona qarşı olan laqeyd münasibətinə görə özünü yandıraraq intihar edib. 

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …