Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

“Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov öz vəkillərinin suallarını cavablandırıb.

O, istintaq zamanı ona verilən sualların yönləndirici olduğunu bildirib.

“İfadəmdə bildirdiklərim sadəcə istintaq zamanı mənə verilən suallar əsasında idi. Hətta mən bir dəfə istintaqın baş müstəntiqlə də ikilikdə olan zaman xahiş etdim ki, məni burdan uzaqlaşdırıb başqa yerdə saxlatdıra bilərmi. Lakin buna baxmayaraq heç bir dəyişiklik olmadı”, – İ.Süleymanov məhkəmədə bildirib.

Növbəti məhkəmə prosesi mayın 31-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.Report

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …