Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Baş mühəndis iş yerində özünü 8-ci mərtəbədən atdı

Baş mühəndis iş yerində özünü 8-ci mərtəbədən atdı

Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib.

SOCAR-dan APA-ya verilən məlumata İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …