Ana səhifə / Kriminal / Baş idarə əməliyyat keçirdi – Həbs olunan var

Baş idarə əməliyyat keçirdi – Həbs olunan var

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirilib.

İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonunun Ağzıbir kənd sakini M.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 132 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə 138 qramdan artıq marixuana və müvafiq sənədləri olmayan “TOZ-34” markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …