Ana səhifə / Kriminal / Baş həkimin evinə hücum edib döydülər

Baş həkimin evinə hücum edib döydülər

Füzuli rayonunda kəndlilər baş həkimə hücum ediblər. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 1966-cı il təvəllüdlü Natiq Şükürov özü polisə şikayət edərək bu barədə məlumat verib. O bildirib ki,yaşadığı Böyük Bəhmənli kəndindəki evinə gələn bir qrup kənd sakini ona fiziki təzyiq göstərərək təhqir edərək nalayiq ifadələr işlədiblər. Daha sonra isə oğlu, 26 yaşlı Araz Şükürovu isə döyüblər. 

Şikayətlə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …