Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Baş həkim maşınla piyadanı vurub öldürdü

Baş həkim maşınla piyadanı vurub öldürdü

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …