Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Barmağında üzük qaldı, FHN-ni çağırdı – Bakıda

Barmağında üzük qaldı, FHN-ni çağırdı – Bakıda

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında qızıl halqanın sıxılaraq qalması barədə məlumat daxil olub.

Qafqazinfo FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qızıl halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 02:36-da başa çatıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …