Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Banklarının analitik balansı – TƏHLİL

Banklarının analitik balansı – TƏHLİL

Kommersiya banklarının analitik balansında xalis xarici aktivlərin, məcmu xarici aktivlərin və eyni zamanda xarici aktivlərin həcmi ən önəmli yerlərdən birini tutur.
Bununla bağlı son üç il üzrə – 2014, 2015, 2016-cı illərin oktyabr ayına olan göstəricilərin müqayisəli təhlili aparılıb. Qeyd edək ki, bu təhlil Mərkəzi Bankın statistikasına əsaslanır.
Beləliklə, 2014-cü ilin oktyabr ayında xalis xarici aktivlərin həcmi 1 milyard 796 milyon manat olub. Eyni zamanda həmin ilin oktyabrında məcmu xarici aktivlərin ümumi miqdarı 3 milyard 57 milyon manat təşkil edib ki, bu da xarici öhdəliklərin həcmindən azdır.
Xarici öhdəliklərin həcmi isə 4 milyard 680 milyon manat olub. Bu da onu göstərir ki, 2014-cü ilin oktyabr ayında kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosu mənfidir.
2015-ci ilin oktyabr ayına olan rəqəmləri təhlil etsək, görərik ki, xalis xarici aktivlərin miqdarı 1 milyard 387 milyon manata düşüb. Bu onu göstərir ki, aktiv-passiv əməliyyatların saldosunda artım olub. Beləki, məcmu xarici aktivlərin həcmində 2015-ci ilin oktyabrında artım müşahidə olunub və onun həcmi 4 milyard 716 milyon manata yüksəlib.
Eyni zamanda xarici öhdəliklərin miqdarında da artım olub və onun da həcmi 6 milyard 143 milyon manata çatıb. Və qeyd etdiyimiz kimi, aktiv-passiv saldosunda məcmu xarici aktivlərin artması ilə 2014-cü ilin 10-cu ayına nəzərən yüksəlmə qeydə alınıb.
2016-cı ilin oktyabr ayına baxdıqda isə görürük ki, kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosunda 2014 və 2015-ci ilin oktyabr ayına nəzərən kəskin azalma müşahidə olunub və onun miqdarı 2 milyard 692 milyon manatdır. Bunun da əsas səbəbi məcmu xarici aktivlərin həcminin azalması, xarici öhdəliklərin həcminin isə artmasıdır. Belə ki, 2015-ci ilin oktyabrına nəzərən 2016-cı ilin oktyabrında məcmu xarici aktivlərin miqdarı 4 milyard 716 milyon manatdan 3 milyard 649 milyon manata düşüb. Xarici öhdəliklərin miqdarı isə 86 milyon manat artaraq 6 milyard 229 milyon manat olub. Nəticədə aktiv-passiv saldosu mənfidir. (Fins.az)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın