Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Bankların bağlanacağı və ixtisarlar gözlənilir

Bankların bağlanacağı və ixtisarlar gözlənilir

“Bank sektorunu qarşıda ağır sınaqlar gözləyir. Devalvasiyanın vurduğu yaralar sağalmamış inzibati göstərişlər güclənib, təzyiqlər artıb.

Belə çox davam edə bilməz. Yaxın dövrlərdə filialların bağlanmasının, işçi heyətində ixtisarların, hətta bir neçə bankın bazarı tərk etməsinin (başqa banka birləşmə də ola bilər) şahidi olacağıq”.

Virtualaz.org saytı xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.

S.Əliyevin sözlərinə görə, Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyardan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb: “Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki heç də bütün banklar bu kreditlərdən yararlana bilmir. Mərkəzi Bankın dəstəyi yalnız məhdud sayda banklar üçün əlçatandır”.

Ekspertin fikrincə, bazarda kreditlərin ucuzlaşmasını müşahidə edilə bilər. Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq: “Tələbatın kəskin azalması və bankların dollar bolluğundan “əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılması, eləcə də Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması kreditlərin ucuzlaşmasına səbəb ola bilər. Birinci səbəb devalvasiya nəticəsində əmanət bazarının dollarlaşmasının fəsadlarıdır. İkinci isə inzibati metoddur və nəticəsi qısamüddətli olacaq”.

S.Əliyev xatırladıb ki, Mərkəzi Bank iyulun 13-dən uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirdi: “Əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizləri azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir. Həmişə olduğu kimi bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsiri proqnozları gündəmi zəbt edib. Mətbuatda artıq qərarın kredit faizlərini azalacağı kimi məlumatlar yer alıb”.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın