Ana səhifə / Kriminal / Bankların AMB-nin depozit hərraclarına marağı azalır

Bankların AMB-nin depozit hərraclarına marağı azalır

Azərbaycan Mərkəzi Bankı (AMB) indiyə qədər keçirdiyi depozit hərraclarında kommersiya banklarından 555 mln. manat vəsait cəlb edib.

Bu barədə “Report” AMB-yə istinadən xəbər verir.

Qurumun açıqladığı məlumatlar göstərir ki, bankların depozit hərraclarına marağı getdikcə azalır.

Belə ki, sentyabrda cəlb olunmuş vəsaitlərin məbləği 109 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 19,3% azdır. Avqustda isə AMB depozit hərraclarından 135 mln. manat cəlb edə bilib ki, bu da iyul ayına nisbətən 25,8% azdır. Xatırladaq ki, iyul ayı üzrə göstərici 135 mln. manat olub. AMB-nin iyunda keçirdiyi ilk və yeganə depozit hərracı isə quruma 129 mln. manat vəsait gətirib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın