Ana səhifə / Kriminal / Banklarda avro kəskin bahalaşdı

Banklarda avro kəskin bahalaşdı

Azərbaycan banklarında bu gün avro kəskin bahalaşıb. Mərkəzi Bankın məzənnəsinə görə, dekabr ayının 16-da avro 1.8277 manat olduğu halda, bu gün avro 1.8335 manata bərabər olub. Buna uyğun olaraq banklar da avronun alış və satış kurslarını artırıblar.
Məsələn, dekabr ayının 16-da “Dəmirbank” avronu 1.8805 manata alırdısa, bu gün alış məzənnəsi 1.8865 manata yüksəlib. Bankda satış məzənnəsi isə 1.9005 manatdan 1.9095 manata kimi artıb. “Expressbank”dan fins.az-a verilən məlumata görə, avronun alışı 1.8270 manatdan 1.8330 manata, satışı isə 1.9005 manatdan 1.9065 manata kimi yüksəlib. “Kapitalbank” da avronun alış-satış məzənnəsini xeyli artırıb. Bankda avronun alış kursu 1.8140 manatdan 1.8198 manata, satış məzənnəsi isə 1.9008 manatdan 1.9068 manata kimi artıb.
Qeyd edək ki, banklar dollarla yanaşı, avronun da satışına limit qoyublar, bəzi banklar is ümumiyyətlə avro satışını dayandırıb. Adı çəkilən banklardan yalnız “Expressbank” 100 avro limitlə satış həyata keçirdiyini açıqlayıb. “Kapitalbank” dollarla yanaşı, avro da satmır. “Dəmirbank”dan isə bildiriblər ki, kasssada olan məbləğə uyğun olaraq satış həyata keçirilir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın