Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / Banklar zərərdədir: hesabatları gizlədirlər

Banklar zərərdədir: hesabatları gizlədirlər

Bu ilin üçüncü rübü üzrə hesabatların təhlili bankların durumunun yaxşı olmadığını göstərir. Əksər banklar hesabatlarını ümumiyyətlə dərc etməyiblər. Ekspertlər durumun ciddiliyinə diqqət çəkirlər.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, üçüncü rübün bitməsindən bir aydan çox vaxt ötsə də, hesabatlar hələ dərc edilməyib: “Savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur. Qanunvericiliyə əsasən, banklar saytlarında rübün maliyyə nəticələrini əks etdirən hesabatlarını dərc etməli idi. Lakin 32 bankdan yalnız 10-u hesabatı açıqlayıb. Açıqlayanlar da qanunvericiliyə zidd olaraq açıqlama tarixini göstərməyib. Bu il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz. Düzdür, hesabatı açıqlayan banka da etimad şərtidir. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir. Buna görə də bankların reklamına inanmayın. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Platası da indiyədək bankların hesabatlarının açıqlanmasına nail ola bilməyib. Belə adi bir şeyin öhdəsindən gələ bilməyən Palata digər problemləri necə həll edəcək?”

Ekspertin sözlərinə görə, yaxşı xəbər yalnız odur ki, bu rübdə ölkəmizin ən şəffaf bankı məlum olub: “Bu, “Bank Avrasiya”dır. Digərlərindən fərqli olaraq, bu bank hesabatları qanunvericiliyin tələbinə uyğun olaraq rübdə deyil, ayda bir dəfə açıqlamağa başlayıb. Hesabatlarını müntəzəm gizlədən və bununla da qanunvericiliyi kobud şəkildə pozan 21 bank var. Bunlar ən etibarsız banklardır”.

Ekspertin sözlərinə görə, bu rübdə səkkiz bank hesabatını dərc edib: “Azərbaycan Sənaye Bankı”nın 19 milyondan çox xalis mənfəəti var, ötən rübdə 17 milyondan çox idi. “Caspian Development Bank”ın 19 milyondan çox xalis mənfəəti var. “YapiKrediBank”ın 14 milyondan çox, “AFB Bank”ın 13 milyondan çox, “Ziraat Bank”ın 9 milyon xalis mənfəəti var. “Bank Silk Way”in 7 milyondan çox, “Bank Avrasiya”nın 6 milyondan çox xalis mənfəəti var. “Bank Melli İran” Bakı filialının 15 milyondan çox zərəri var”. (Musavat.com)

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …

Bir cavab yazın