Ana səhifə / Kriminal / Banklar səhmlərini niyə qapalı yerləşdirir?

Banklar səhmlərini niyə qapalı yerləşdirir?

Azərbaycan bankları uzun müddət unutduqları maliyyələşmə mənbələrinəb müraciət etmək məcburiyyətində qalıblar. Fins.az xəbər verir ki, ötən il səhm bazarında bankların aktivliyi daha yüksək olub.
Belə ki, nizamnamə kapitalının azlığı ucbatından səhm yerləşdirərək əlavə vəsait cəlb etmək istəyən bankların maliyyə mənbələri isə hələ də dar çərçivədə, elə bankın öz səhmdarları arasında dövran edir. Çünki bütün səhm yerləşdirilməsi qapalı hərracda həll olunur. Yalnız Azərbaycan Beynəlxalq Bankı səhmlərini açıq satışa çıxartdığını bəyan etmişdi. Lakin çox qəribədir ki, onun da səhmlərinin yalnız bir alıcısı ortaya çıxdı: öz səhmdarı olan Maliyyə Nazirliyi. Və qanuna görə, kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin dəyəri yalnız pulla ödənilir.

Bəs səhmlərin qapalı yerləşdirilməsi nə deməkdir?

Səhmlərin qapalı yerləşdirilməsi dedikdə, heç bir emissiya prospekti olmadan , heç bir İPO mexanizmini izləmədən sadəcə qərarla müəyyənləşdirilmiş şəxslərə və ya digər hüquqi və fiziki şəxlərə yeni emissiya  olunmuş səhmlərin satılması nəzərdə tutulur. Burada əsas məqsəd mövcud kapitalı daha da artırmaqdır.

Səhmlərin açıq yerləşdirilməsi nə deməkdir?

Səhmlərin açıq yerləşdirilməsi dedikdə,  əvvəlcədən tələb-toplama edərək , İPO mexanizminə riayət olunmaqla, emissiya prospekti seçərək yeni emissiya olunmuş səhmləri  heç bir məhdud auditoriya seçmədən bütün auditoriyalara satılması nəzərdə tutulur. Burada da əsas məqsəd kapitalın artırılmasını təmin etməkdir.

Əsas fərqlər

Səhmlərin açıq yerləşdirilməsi ilə qapalı yerləşdirilməsi arasındakı əsas fərq onlara qoyulan tələblərdir. Səhmlərin qapalı yerləşdirilməsi üçün qoyulan tələblər açıq yerləşdirilməsi üçün qoyulan tələblərdən həm yüngül , həm də asandır. Digər bir fərq onların müddətlərindədir yəni ki, səhmlərin açıq yerləşdirməsı zamanı, əsasən, uzunmüddətli kapitallaşma aparılır, lakin səhmlərin qapalı yerləşdirilməsi zamanı qısamüddətli kapitallaşma nəzərdə tutulur.

Səhmlərin açıq yerləşdirilməsinə qoyulan tələblər hansılardır?

Bu tələblərə aşağıdakılar aiddir :

–          İlk növbədə emissiya prospektini müəyyənləşdirmək

–          İnvestisiya memerendumu deyilən sənədi hazırlamaq ( bu sənəd şirkətin ən az 3 illik keçmiş fəaliyyətini və gələcək 3 ildəki fəaliyyətini, performasını, maliyyə göstəricilərini, iqtisadiyyatda baş verən gözlənilməz tendensiyalar qarşısında öz risklərinin idarə oluna və yönləndirə  bilmə qabiliyyətini və eləcə də əldə olunan bu vəsaitlərin hansı sahəyə və necə investisiya olunancağının planlarını özündə ehtiva edir).

–          Təqdim olunan bu sənədlərin qeydiyyata alınması

–          Tələb-toplamanın həyata keçirilməsi

–          Qoyulan məhdud müddət (məsələn 5 ,7 gün) ərzində qoyulan tələbləri ( şəxslərin investisiyasının reallaşdrılması, həmin şəxslərlə əlaqə yaratması və s.)yerinə yetirməsi

–          3-cü audit rəylərinin  olması( İFRS standartına cavab verməli, keçən illərin perfonması, mənfəətliliyi  müsbət olmalı)

–          Şəffaf korporativ idarə sisteminə malik olması və s

Səhmlərin qapalı yerləşdirilməsi niyə bu qədər çoxdur?

Ekspert Cəfər İbarimlinin fikrincə, bunun əsas səbəbi səhmlərin açıq yerləşdirilməsinə qarşı tələblərin çox sərt olmasıdır. Şirkətlər, banklar, sığorta agentlikləri və s. bu tələblərə cavab verə bilmir.
“Səhmlərin açıq yerləşdirilməsinin şərtlərini özlərinə artıq yük hesabn etdikləri üçün  həmin şəxslər səhmlərini qapalı yerləşdirilməsinə yönəlirlər. Çünki bu istiqamət qısamüddətli dövrdə effektli və asan həyata keçirilə biləndir”- deyə, ekspert bildirib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın